12 Nisan 2015 Pazar


Nəticə

Kitabi Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı[1] – Oğuz türk dastanı.[2] Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir (XI-XII əsrlər)
Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari vəFəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbərzamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.[3]
Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Uşun Qoca oğlu Səgrəyin boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy".

3 Nisan 2015 Cuma


Xalq yazıçısı Anarın ssenarisi ilə “Dədə  Qorqud” filmi çəkilmişdir. 1999 – cu  ildə Azərbaycan  xalqının  ümumimilli  lideri H. Əliyevin təşəbbüsü  ilə  dastanın  1300 illiyi  YUNESKO dünya  miqyasında  keçirilmişdir .

Dədə Qorqud  yalnız  söz  sənətkarı yox, “Kitabı”ın müqəddiməsındə  deyildiyi  kimi, Qorqud Ata  oğuzların  kamil  bilicisi  imiş . Gələcəkdən qəribə xəbərlər söylər, nə  deyərmişsə, olarmış. Rəvayətə  görə Məhəmməd peyğəmbər zamanında  yaşamış,islamı  qəbul  edərək xalq  arasında  təbliğ  etmişdir.

Dədə Qorqud” eposunu  yaradan , düzüb – qoşduğu  boyları  ilk  dəfə söyləyən ozanlar  ozanı Dədə Qorqud  , yaxud Qorqud atadır.

Vatikan nüsxəsi  isə  müqəddimə və  altı  boydan ibarətdir. Oğuz  türklərinin belə  bir dastanı  olması  barədə ilk  məlumatı XIX əsrin əvvəllərində  alman alimi Fridrix  fon  Dits vermiş, ondan sonra “Kitabi – Dədə Qorqud”  elm  aləmində  məşhurlaşmağa başlamışdır.

”Kitabi-Dədə Qorqud “un Drezden nüsxəsi müqəddimə və on iki boydan ibarətdir